VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Hamiləliyinin 7-ci ayını yaşayan məşhur müğənni Rəqsanə İsmayılova təcili şəkildə xəstəxanaya yerləşdirilib.

BAKU.WSxəbər verir ki, sənətçi müayinə üçün həkimə getdiyini, lakin həkimlərin erkən doğuş rikskinin olmasını eşidincə həyəcan keçirdiyini bildirib:

"İnanın çox həyəcanlıyam. Mən uşaqlarımın Türkiyədə anadan olmasını istəyirdim. Bunun üçün bütün işləri belə görmüşdük. Bu gün isə Moskvada son olaraq müayinədən keçməli və Bakıya gəlməli idik. Amma müayinənin nəticələri bizi həyəcanlandırdı.

Ana bətnində olan su artıq qurtarıb. Bu səbəbdən erkən doğuş olacağını bizə bildirdilər. Həkimlər deyir ki, bu halda uşaqlar 7 gün içində ana bətnindən çıxarılmalıdır. Hazırda məni yataq rejimində xəstəxanada saxlayırlar. Ayağa durmağa icazə vermirlər. Əslində dekabr ayında doğuş olmalı idi. Belə halda təyyarəyə də minmək olmaz. Böyük riskdir. Allaha qurban olum, təki balalarım sağ-salamat olsun".

Rəqsanə sonda hər kəsdən onun üçün dua etməyi xahiş edib.

Qeyd edək ki, sənətçi gələn ay Bakıda konsert proqramı ilə çıxış etməyə hazırlaşırdı.

Zülfiyyə Qurbanova
BAKU.WS