VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rəqqasə Fatimə Fətəliyevanın sahibi olduğu gözəllik salonuna oğru girib.


BAKU.WS-in məlumatına görə, bu haqda sənətçi özü xəbər verib.

Fatimə oğrunun nəzarət kamerası ilə çəkilən görüntüsünü yayaraq, onun salona böyük ziyan vurduğunu qeyd edib:

“Gecə saatlarında ofisim qarət olunub. Görüntülərdə gördüyünüz şəxs salonuma daxil olaraq, mənə böyk ziyan vurub. Ən əsası iş üçün istifadə etdiyimiz iPad-i oğurlayıb. Orada mənim işlə bağlı bütün materiallarım var idi. Hörmətli dövlət orqanları, sizdən xahiş edirəm, təcili sürətdə bu gördüyünüz oğrunu tapın”.

BAKU.WS