SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur xanım sənətçilər tək sənətləri ilə yox, həm də şəxsi həyatları ilə tez-tez gündəmə gəlirlər. 

BAKU.WS bu dəfə sizə doğum günündə bahalı hədiyyələr alan tanınmış xanımların siyahısını təqdim edir:

Bu ilin avqustunda 53 yaşına qədəm qoyan xalq artisti Təranə Muradova həyat yoldaşından bahalı, brilliant qaşlı üzük hədiyyə almışdı.

2013-cü ildə 33 yaşını qeyd edən müğənni Xatun Əliyeva da sevgilisindən brilliant qaşlı üzük hədiyyə alıb.

Ötən il 39 yaşını qeyd edən rəqqasə Fatimə Fətəliyeva həyat yoldaşından "Lexus" markalı avtomobil hədiyyə almışdı.

Fatimə Fətəliyeva

2016-cı ildə yeni yaşına qədəm qoyan müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevdən brilliant üzük və böyük gül dəstəsi hədiyyə almışdı.
Musa Musayev və Təranə Qumral


Bir neçə il əvvəl doğum gününü qeyd edən müğənni Afaq Aslan iş adamı olan yaxın dostlarının birindən 250 min manatlıq avtomobil hədiyyə almışdı.

2017-ci ildə 27 yaşını qeyd edən müğənni Aysel Əlizadə sevgilisindən son model olan "Porsche” markalı avtomobil almışdı.

Hüseyn Məmmədsalahov
BAKU.WS