SİZİN REKLAM BURADA!
055 213 76 73



Xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva "Bizimləsən" verilişində kömək üçün imkanlı şəxslərə müraciət edib.


BAKU.WS xəbər verir ki, aktrisanın ayağından 38 limfa vəzisi götürüldüyü üçün o, işləmə qabiliyyətini itirib:

"İpoteka ilə ev götürmüşəm. 2 ilini ödəmişəm, 18 ilim qalıb. Günün bu günü ödənilsə 60 min AZN lazımdır. Ayağımdan 38 limfa vəzisi götürülüb, 37-sindən heç nə çıxmadı, amma birində bədxassəli şiş var. Uzananda ayaqlarımı əllərimlə tərpədirəm".

Verilişin aparıcısı Zaur Baxşəliyev isə bildirib ki, bu gün Tünzalə Əliyevanın sevənlərinin köməyinə ehtiyacı var. O, əmək qabiliyyətini itirdiyinə görə 60 min AZN-ni ödəyə bilmir. 


BAKU.WS

[media=https://www.youtube.com/watch?v=Ejlul_6np1Y&feature=youtu.be]