SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhurlar hər zaman dəbdəbəli evləri, bahalı avtomobilləri ilə gündəmə gəlirlər.

BAKU.WS-in məlumatına görə, bir çox tanınmışlar xaricdə də mənzil alıblar.

Türkiyənin ayrı-ayrı şəhərlərində evi olan tanınmışlarımızın siyahısını təqdim edirik:

Müğənni Zamiq Hüseynov bir neçə il bundan əvvəl İstanbulda mənzil alıb.

Əməkdar artist Röya Ayxan da İstanbuldan ev alıb.

Əməkdar artist Tünzalə Ağayeva Bodrumda ev alıb.

Samir Piriyevin də Bodrumda evi var. Müğənni hətta orada restoran da açıb.

Xalq artisti Səməd Səmədov Bodrumda ev alan məşhurlardandır. O, hər yay ailəsi ilə bərabər orada istirahət edir.

Müğənni Natavan Həbibi də İstanbulda evi olanlardandır.

Müğənni Elvin Abdullayev Ankarada ev alıb.

Müğənni Elariz Məmmədoğlu bir neçə il əvvəl İstanbulda ev alıb.

İstanbulda ev alan müğənni Ayan Babakişiyeva isə həm də ora yaşamağa köçüb.

Müğənni Nadir Qafarzadə İstanbulda evi olanlar siyahısındadır. İfaçı bu mənzilinə 300 min manat xərclədiyini bildirib.

Xalq artisti Brilliant Dadaşova da illər əvvəl İstanbulda ev alıb.

Qeyd edək ki, Türkiyədə xarici ölkə vətəndaşlarına satılan mənzillərin satışı bu ilin yanvar-iyul aylarında 29,6 faiz artaraq 11 min 321-dən 14 min 674-ə çatıb.

Belə ki, 2 min 571 mənzil İraq, 1298 mənzil Səudiyə Ərəbistan, 1265 mənzil İran, 988 mənzil Ruslar, 862 mənzil Əfqanıstan, 777 mənzil Kuveyt, 651 mənzil Almaniya, 506 mənzil İngiltərə, 487 mənzil Azərbaycan, 484 mənzil İordaniya və 338 mənzil Misir vətəndaşları Türkiyədən mənzil alıb.

Hüseyn Məmmədsalahov
BAKU.WS