SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Zamiq Hüseynov konsert vermək qərarına gəlib.


BAKU.WS xəbər verir ki, sənətçi "Instagram"da izləyicilərinə sual ünvanlayaraq tezliklə konsert vermək istədiyini bildirib:

“Dostlar, deyirəm bəlkə, gözəl bir konsert edək? Nə deyirsiz, məni dəstəkləyirsiz? Sizin dəstəyiniz vacibdir”.

Məlumatı Zamiq Hüseynovun meneceri Şahin Qurbanov da təsdiqləyib.

BAKU.WS-ə açıqlama verən Ş.Qurbanov tezliklə müğənninin böyük bir konsertə imza atacağını bildirib.

Xatırladaq ki, Zamiq sonuncu dəfə mayın 5-də Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayında solo konsert vermişdi. O, ilk dəfə Bakıda solo konsert verəcək. 

BAKU.WS