Bu gün Azərbaycanda "Bilik Günü"dür.


BAKU.WS xəbər verir ki, bir neçə məşhurun övladı da bu gün birinci sinfə qədəm qoyub. 

Uşağını ilk dəfə məktəbə yola salan məşhurların siyahısını təqdim edirik:

Müğənni Xuraman Şuşalının qızı Surə birinci sinfə gedib. İfaçı övladının fotolarını İnstaqram hesabında paylaşaraq bu sözləri yazıb:

“Biz artıq şagird adını qazandıq. Bütün uşaqlar bilikli, sağlam, xoşbəxt olsunlar”.




Bu gün birinci sinfə gedənlərdən biri də müğənni Elçin Hüseynovun oğlu Pənahdır.

Elçin övladının fotolarını paylaşaraq "15 sentyabr - Bilik Günü və yeni dərs ili münasibəti ilə bütün şagirdləri təbrik edirəm! Allah bütün balaları saxlasın. Bu gündən Pənah Hüseynov da 1-ci sinif şagirdi oldu. Uğurlar!" şərhini yazıb.




"ATV xəbər"in sevilən siması Pərvin Əsgərlinin də qızı Yağmur bu gün birinci sinfə gedənlərin sırasındadır. 

BAKU.WS-ə açıqlama verən P. Əsgərli övladının xoş günü ilə bağlı bunları deyib: 

"Bilik günümüz mübarək. Artıq mən də məktəbli anasıyam. Xeyirli olsun hamımıza. Övladlarımıza açıq zehin, iti düşüncə qabiliyyəti, ən əsası da sağlam can arzulayıram". 


Hüseyn Məmmədsalahov
BAKU.WS