Müğənni Samir Bağırov Murad Arifin “Popumuz var” layihəsinin qonağı olub.  

BAKU.WS xəbər verir ki, müğənni maraqlı açıqlamaları ilə diqqət çəkib.

S. Bağırov səhnədən getməsindən söhbət açıb. İfaçı bunları deyib:

“Fəxri adım yoxdur, amma bu, məni narahat etmir. Sadəcə olaraq pis təsir edir. Çünki mənimlə birgə eyni səhnəyə çıxan şəxslərin fəxri adı var, ancaq mənə vermədilər. Səhnədən getdim, amma bunun təsirindən yox. Pərəstişkarı olduğum Alla Puqaçova mənə demişdi ki, sənə fəxri ad, titul arzulamıram, çünki bunlaırn hamısı boş şeydir. O dedi ki, sənətçinin ən böyük uğuru xalqın sevgisidir”.

Samir Bağırov qocalmaqdan qorxduğunu qeyd edib:

“Kremasiya günah olsa da, mənim xoşum gəlir. Ölmək mənim üçün qorxulu bir şey deyil. Qocalmaqdan qorxuram”.  

Qeyd edək ki, Samir Bağırov sonuncu dəfə “Без остатка” mahnısını təqdim edib.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ