VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aktrisalar Cəmilə Tağızadə və Zarina Qurbanova yeni fotosessiya üçün obyektiv qarşısına keçiblər.

İki mehriban rəfiqə yeni işlərini eksklüziv olaraq BAKU.WS-ə təqdim ediblər.

Aktrisalar fotosessiya barədə ayrı-ayrılıqda fikirlərini də bizimlə bölüşüblər.


Cəmilə Tağızadə:

"Uzun illərdir Zarina Qurbanova ilə tanışam, rəfiqəlik edirik. Çoxdandır fərqli bir üslubda fotosessiya etdirmək istəyirdim. Düzünü desəm, bu çəkilişi anidən etdik. Bir gün danışdıq, növbəti gün kamera qarşısına keçdik. Digər həmkarım məndən incik düşdü, çünki onunla fotosessiya etdirmək istəyirdim, amma vaxtım olmadı, Türkiyəyə qayıtmalıydım.

Fotosessiyamızda iki güclü qadını göstərmək istədik. Biz bir xanımın nə qədər zərif, eyni zamanda nə qədər güclü olduğunu tamaşaçılara çatdırdıq. Yəni qadın zərif olduğu qədər güclüdür, zəif deyil".



Zarina Qurbanova:

"Bu ideya ağlımıza bir-birimizdən xəbərsiz gəlib. Bir müddət əvvəl düşünürdüm ki, uğurlu aktrisalarımızın biri ilə Bakının köhnə dönəmlərini əks etdirən fotosessiya edim. Elə oldu ki, görüşlərimizin birində bu ideyamı Cəmiləyə dedim, sən demə, Cəmilənin də belə bir ideyası var imiş.

İkinci fotosessiyamızda isə işgüzar, güclü, amma eyni zamanda zərif xanımların obrazını canlandırmışıq. Bunu daha çox incəsənət sahəsində çalışan xanımlara şamil edərdim, çünki bizə həqiqətən də bəzən çətin olur. Fotolara baxanda düşünmək olar ki, orada iki kişi əyləşib, amma o zəriflik, gözəllik də gözdən qaçmır".

Qeyd edək ki, fotoların müəllifi Rəşad Məmmədovdur.

Hüseyn Məmmədsalahov
BAKU.WS