VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakı Dövlət Universitetində tanınmış aktrisa Türkan Şorayla görüş keçirilib.

BAKU.WS məlumat verir ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Türkan Şorayı Unversitetdə görməkdən məmnunluğunu ifadə edib. Rektor bildirib ki, Türkan Şorayın "Eşq küləyi” filmi ona uğur gətirib və sonradan türk sinema tarixində öz möhürünü vurmuş "Qırmızı ləcək", "Sərçə balası", "Yol", "Arım, balım, pətəyim”, "Məhəbbətim mənim, kədərim mənim" kimi çox məşhur filmlərdə baş rolu ifa edib. Ümumilikdə 220 filmə çəkilən Türkan Şoray yaratdığı obrazları ilə tamaşaçıların böyük sevgisini qazanıb. Rektor onu da qeyd edib ki, əsli-kökü Azərbaycandan olan Türkan xanım öz sənətinin sultanıdır.

Rektor çıxışının sonunda aktrisaya "Universitetin ən böyük dostu” mükafatını və qızıl medalını, təqdim edib. Aktrisanın qızı Yağmur Ünala isə BDU-nun gümüş medalını hədiyyə edib.

Türkan Şoray çıxış edərək BDU-da olmaqdan məmnun olduğunu deyib:
 
"Çox sevincliyəm. Universitet kollektivi və tələbəblər mənə çox duyğulu anlar yaşatdı. Etiraf edim ki, bu qarşılanmadan gözlərim yaşardı. Çox təşəkkür edirəm sevginiz və diqqətiniz üçün”. 

Azərbaycan xanımlarının gözəlliyindən danışan aktrisa "Mən də sizə oxşayıram” deyib.  Daha sonra Türkan Şoray universitet tələbələrinin suallarını cavablandırıb.
 
BAKU.WS