VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Xəzər TV"də əməkdar jurnalist Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan "Səni axtarıram" verilişi bu gün yeni mövsümə başlayır.

BAKU.WS-ə özəl açıqlama verən X. Hidayətqızı bildirib ki, bu mövsüm də gözü yolda olan ailələri, şəfa axtaran şəxsləri sevindirəcək:

"Bilirsiniz ki, "Səni axtarıram" verilişi daha çox itkin düşmüş şəxslərin axtarışları ilə məşğuldur. Təbii ki, şəfa tapmaq istəyənlərə də daim yardım əlimizi uzadırıq. Yay aylarında bir çox axtarışlarımız yekunlaşıb. İllərdir axtarışları davam edən şəxslərdən xəbərimiz olacaq. Tamaşaçılarımızın ən çox maraqlandığı bir itkin var. Onun yeni şəklini görəndə gözlərimə inana bilmədim, dəhşətə gəldim. İnsan nə qədər dəyişə bilər. Düşünürəm ki, tamaşaçılarımız da onu bu halda gördükdə çox təəccüblənəcəklər".

Qeyd edək ki, "Səni axtarıram" verilişi 2011-ci ildən yayımlanır.

Hüseyn Məmmədsalahov
BAKU.WS