VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Hər şey daxil" verilişinin növbəti çəkilişi Bodrumda baş tutub.

BAKU.WS xəbər verir ki, müğənni verilişdə bir müddət əvvəl Türkiyədə başına gələn hadisədən danışıb.

Belə ki, Niyam Salami Samir Piriyevin adına olan avtomobil ilə qardaş ölkədə yol-nəqliyyat hərəkətini kobudcasına pozub.

N. Salami hadisəni belə danışıb:

"Türkiyədə məni polis saxladı. Deməli, bir maşını yol gedərkən sıxışdırmışam. Əli ilə işarə etdi ki, sağa ver saxla. Gördüm sağda yer yoxdu, sola çəkəndə polislər elə bildilər ki, qaçıram. 4 avtomatlı polis məni maşından necə düşürdülər. Çox qorxdum. Dedim "Sizdə sənətçiyə belə hörmət qoyurlar?. Bundan sonra adımı "Youtube"da axtarışa verdilər və gördülər ki, doğrudan da müğənniyəm".

BAKU.WS