SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Dövlət "Yuğ" Teatrının aktrisası Zümrüd Qasımova xərçəng xəstəliyindən əziyyət çəkən qadınlara dəstək olub. 

BAKU.WS xəbər verir ki, "Harmony dance studio" rəqs məktəbinin təşəbbüsü ilə təşkil olunan aksiyada xərçəng xəstəliyindən əziyyət çəkən xanımlar bir araya gəliblər. Ağır xəstəliklə mübarizə aparan qadınlar bir-birilərinə həyat tarixçələrini danışıblar.

Xərçəngə qalib gələn aktrisa Zümrüd Qasımova müalicə vaxtı aldığı kimyaterapiyanı "yer üzündə olan cəhənnəm" adlandırıb.  

BAKU.WS-ə açıqlama verən aktrisa onu da qeyd edib ki, orada gördüyü xanımlar xəstəliklə mübarizə aparmaqlarına baxmayaraq, həyatda və işlərində uğur əldə etməyi bacarıblar. 

Sonda rəqs edərək xoş abu-havaya köklənən xanımlar bu yolla ağrı-acılarını unutmağa çalışıblar. 

Hüseyn Məmmədsalahov
BAKU.WS