SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyalı müğənni, teleaparıcı Viktor Brilliantovıy paytaxtımıza tez-tez gələn qonaqlardandır. Növbəti dəfə Bakıya gələn sənətçi BAKU.WS saytına eksklüziv müsahibə verib.

- Özünüzü təqdim edin...

- Mən, Viktor Brilliantovıy müğənni, teleaparıcı və dəb eskpertiyəm.

- Bakıya neçənci gəlişinizdir?

- Düzünü deyə bilmərəm, dördüncü, ya da beşinci dəfədir. İstənilən şəhərə, ölkəyə səfər bir xatirədir. Burada dəyişikliklər Moskvadan və ümumulikdə Rusiyadan fərqli olaraq, daha ləng gedir. Buna baxmayaraq, şəhərin görünüşü dəyişir, yeni binalar tikilir. Dəyişikliklər yaxşı tərəfədir. Bakı mənim ikinci evim kimidir. İlk dəfə ayağım Azərbaycan torpağına dəyəndə, başa düşdüm ki, öz evimdəyəm. Mən bu şəhərdə, ölkədə özümü çox rahat hiss edirəm. Yəqin ki, bu karmadır. Ola bilər ki, keçmiş həyatımda Bakıda yaşamışam. İyun ayında isə mən ilk dəfə Qobustanda oldum. Orada od yerin altından çıxır. Möhtəşəmdir!


- 2013-cü ildə oxumuşdum ki, siz Bakıya solo konsert vermək üçün gəlməyi planlaşdırırsınız...

- Bu, qapalı məkanda, toyda, olan bir çıxış idi. Bunu ictimailəşdirmədik.

- Eşitmişəm ki, çıxışınıza görə qonorar ala bilməmisiniz...

- Xeyr, 2013-cü ildə hər şey yaxşı idi, pulumu ala bilmişdim. Bu dəfə isə, iyun ayında, Bakıda restoranların birində çıxışım oldu. Təşkilatçı düzgün hərəkət etmədi. Çıxışım baş tutdu, amma pulumu vermədi. Səbəbini bilmirəm. Bu, yəqin ki, insanların vicdansızlığından irəli gəlir, çünki biz əvvəlcədən çıxışı razılaşdırmışdıq və qiyməti danışmışdıq. Çox təəssüf ki, çıxışımın sonunda ödəniş edilmədi. Amma yenə də bu, mənim səhvimdir. Moskvada bütün bu işlərimlə menecerim və piar -direktorum məşğul olur. Bakıda hələ ki, nümayəndəm yoxdur, ona görə də burada məsələləri özüm həll edirəm. Yəqin ki, öz səhlənkarlığım üzündən belə oldu.


- Siz həm də estrada ulduzumuz Röya Ayxanla tanış olmaq istəyirdiniz...

- Röya ilə görüşümüz ötəri oldu. Bu çoxdan olmuşdu, 2013-cü ildə, amma sıx ünsiyyət yaranmadı, çünki bu haqda danışmağa vaxt yox idi.

- Rusiyada Daniel York kimi tanınan azərbaycanlı müğənni Fuad Mustafayevlə duet yaradıcılığınızda əsas yer tutur. Hər şey necə başlamışdı və necə bitdi?

- Hər şey təsadüfən başlamışdı. Biz bir mahnı yazdıq. Bu, mənim təşəbbüsüm deyildi. Yazdığımız mahnı məşhur oldu. Həmin vaxt heç kəs duet haqda düşünmürdü, bu, sadəcə sınaq iş idi. 2012-ci ildə Rusiyada “Yorkland” layihəsi çox yaxşı qarşılandı. Təəssüflər olsun ki, 2013-cü ilin qışında hər şey bitdi. O dövrdə artıq iki disk buraxmışdıq. Prodüserlə problemlərimiz yarandı, kollektivdə anlaşılmazlıq oldu, nəticədə fevral ayında ikimiz də solo karyeraya başladıq. Halbuki “Yorkland” 2015-ci ilə qədər təkliflər alırdı, amma biz razılaşa bilmirdik.


- Siz həmçinin Azərbaycan dilində də mahnı oxumağı planlaşdırırdınız...

- Bəli, həqiqətəndə o mahnı demo versiyada yazılmışdı. Mahnı “Ana” adlanırdı, amma bu günə kimi işıq üzü görməyib. İlham pərim gəlməsə, mahnı yaranmır. Mahnı demo versiyada yazılmasına baxmayaraq, onu tamamlamadıq. Düşünürəm ki, hər şey qabaqdadır, o, bir gün hazır olacaq.

- Yerli şou-biznes nümayəndələrimizdən başqa kimləri tanıyırsınız və onlarla bərabər layihələr etməyi planlaşdırırsınızmı?


- Hələ Azərbaycan şou-biznesi ilə yaxından tanış deyiləm. Aygünü (xalq artisti Aygün Kazımova – red.), Samiraldonu və Fərid Məmmədovu tanıyıram, bəzilərini isə yalnız üzdən tanıyıram. Hələ ki, heç bir əməkdaşlıq haqda söhbət olmayıb. Əgər əməkdaşlıq etsəydim, yəqin ki, Röya ilə edərdim. O, mənim çox xoşuma gəlir.


- Sənətinizdə yeni ideyaların yaranmasında kim və ya nə sizi ilhamlandırır?

- Məni çox şey ilhamlandıra bilər, məsələn, gözəl hava, yaxşı insanlar, qəşəng geyim. Ümumiyyətlə, gözəlliyi çox sevirəm. Bir şey gözəl olmayanda əhvalım pozulur. İlham pərisini axtarmaq lazım deyil, o, özü gəlir.

- Və əlbəttə ki, gələcək planlarınız haqqında...

- Bu günlərdə yeni romantik bir klipim işıq üzü görəcək. Bir də televiziyada dəb haqqında veriliş aparacağam.

Hüseyn Məmmədsalahov
BAKU.WS