SİZİN REKLAM BURADA!
055 213 76 73



Daha bir müğənni "Həyat" verilişinə üz tutaraq kömək istəyib.

BAKU.WS
xəbər verir ki, 8 il əvvəl keçirdiyi avtomobil qəzası nəticəsində əlil olan 1966-cı il təvəllüdlü Həsənov Vidadi Firəddin oğlu maddi imkansızlıq ucbatından əməliyyat ola bilmir.

2018-cu ildə onurğasından zədə alan Vidadi 8 ildir ki, tək sənətindən deyil, eyni zamanda sənətindən də uzaq düşüb. Əlil arabasına möhtac olan müğənniyə 1-ci qrup əlillik dərəcəsi verilib.

Ölkədə əməliyyatı mümkün olmayan Vidadiyə həkimlər Türkiyədə əməliyyat etdirməyi məsləhət görüblər. Üç övlad atası olan V.Həsənov illərdir ki, qardaş ölkədə lazım olan əməliyyat üçün lazım olan məbləğin yüzdə bir miqdarını belə toplaya bilmir.

Bu müddətdə onu tək qoymayan insanlardan biri də əməkdar artist İlqar Muradovdur. Vidadini sənətə gətirən məhz İlqar Muradovun mahnıları olub. Vaxtilə onun mahnılarından bəhrələnib və bu sənəti seçib. 

Vidadi İlqar Muradovun xahişi ilə 8 ildən sonra ilk dəfə ifa edərkən, əməkdar artist göz yaşı töküb.

Həmin kadrları təqdim edirik:

Zülfiyyə Qurbanova
BAKU.WS