VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tanınmış xəbər aparıcısı Vüsalə Səid Əyyubqızının yeni iş yeri bəlli olub.

BAKU.WS xəbər verir ki, V. Səid Əyyubqızı bundan sonra İTV-də aparıcılıq edəcək.

Saytımıza açıqlama verən aparıcı bildirib ki, bir müddət əvvəl "Lider TV"dən ayrılmasının səbəbi “Sinemanın Kral və kraliçası” layihəsi ilə bağlı olub. Belə ki, o, sözügedən layihənin Azərbaycan nümayəndəliyinin rəhbəridir və tez-tez ölkə xaricində olur.

Vətənə qayıtdıqda aparıcı İTV-dən aldığı təklifi dəyərləndirib. V. Səid Əyyubqızı artıq orada işə başlayıb.

Aparıcı xarici görünüşündə də dəyişiklik edib. O, sarı saçlarını təbii qara rənginə qaytarıb.

Qeyd edək ki, V. Səid Əyyubqızı bu vaxta qədər "Lider TV"də və Azərbaycan Televiziyasında çalışıb.

O, bir müddət əvvəl həyat yoldaşı ilə Türkiyənin “Ben bilmem, eşim bilir” şousuna qatılaraq, qalib gəlmişdi.

Hüseyn Məmmədsalahov
BAKU.WS