SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünən halı pisləşən və sonradan vəziyyəti stabilləşən tanınmış aparıcı Sərxan Kərəmoğlunun səhhəti yenidən ağırlaşıb.

BAKU.WS yenicag.az-a istinadən məlumat verir ki, tənəffüs çatışmazlığından əziyyət çəkən aparıcı üçün təcili yardım maşını çağırılıb.

Həkimlər onu oksigen balonu ilə xəstəxanaya aparıblar. Aparıcının vəziyyətinin hazırda kritik olduğu deyilir.

S.Kərəmoğlu ilə əlaqə saxlanılıb, telefonunu cavablandıran yaxını xəbəri təsdiqləyib:

“Sərxan son günlər çox stress və əsəb sarsıntısı keçirdi. Bu da ağır nəticə. Yaxşılaşmışdı, qəfildən halı pisləşdi. Huşsuz vəziyyətdədir, nəfəs ala bilmir. Həkimlər onun durumunu ağır qiymətləndirir”.

BAKU.WS