SİZİN REKLAM BURADA!
055 213 76 73



Hamiləliyin son aylarını yaşayan Oksana Rəsulova imkanlı şəxslərdən kömək istəyib.

BAKU.WS
xəbər verir ki, rəqqasə-aktrisa aktyor Murad Məmmədovun xəstə övladı üçün bu addımı atıb.

Oksana aktyorun 1 yaşlı oğlu Məhəmmədin fotolarını sosial şəbəkədə paylaşarar bunları yazıb:   

"Dostlar! Xüsusən də imkanlı şəxslər! Bu körpənin yardıma ehtiyacı var. Uşağın atası bizim dostumuz aktyor Murad Məmmədov Rus Dram Teatrının aktyorudur. "Zaman adlı qatar" filmində mənim tərəf müqabilim olub. Allah xəstə balalara can sağlığı versin".

Onun bu hərəkəti izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, istedadlı aktyor, “Əli və Nino” tamaşasında Əli obrazını canlandıran Murad Məmmədovun 1 yaşlı oğluMəhəmmədin qara ciyərində törəmə yaranıb. Onun dəqiq müayinə və müalicəsi üçün köməyə ehtiyac var. Aktyorun atası da bir il öncə bu xəstəlikdən vəfat edib.

Zülfiyyə Qurbanova
BAKU.WS