SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bütün günü İnstaqram, çıx daha telefondan". KQB ləqəbli reper Kamal Qarabasma ilə Sabo ləqəbli vaynerin "İnstaqram" adlı klipinin nəqarəti belədir.

BAKU.WS xəbər verir ki, ifaçıların musiqi parçasına çəkdirdikləri klip Yutuba yerləşdirildiyi 1 gün içində 50 min baxış toplayıb.
 
Reper BAKU.WS-ə açıqlamasında, klip çəkilişi zamanı maraqlı anlar yaşadığını deyir: "Vayner Samir Samiroğlu ilə birgə yaratdığım ilk musiqi işimdir. Uğurlu alındı. Həm də maraq yaratdı. Yutubda tam bir günə 50 min baxış sayı topladı. Çəkilişlər şəhərin mərkəzində aparıldı. Mahnımızın sözləri şəhər sakinlərinin çox xoşuna gəldi. İnstaqram həqiqətən də hazırkı dövrdə çox aktualdır. Həyatımızın bir hissəsinə çevrilib. Deyərdim ki, məz buna görə də tutuzdurduq". 

Zülfiyyə Qurbanova
BAKU.WS