SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni, aktrisa Çimnaz Sultanova və aşıq Namiq Fərhadoğlu arasında qalmaqal yaşanır.

BAKU.WS xəbər verir ki, bir müddət əvvəl Aşıq Namiq Fərhadoğlu şəxsi "Instagram" hesabında müğənni Çimnaz Sultanovadan şikayət dolu açıq məktub yazıb.

Daha sonra silinən paylaşımında aşıq Namiq Fərhadoğlu bunları yazmışdı:

"Dostlar, bu Çimnaz mənim dəfələrlə ofisimdə olub, bir çox köməklik etmişəm mahnılarını yazmağına. Sonra isə məndən borc pul alıb, yanvar ayında bir, mart ayında bir. Təxminən 15 gün olar mən bu xanıma votsapa yazmışam, oxuyub cavab verməyib. 1 gün sonra yenə yazmışam, bir kişi götürüb deyib ki, kimsən, özünü təqdim etmişəm, o da deyib mən Çimnazın sevgilisiyəm, polis polkovnikiyəm, sən Çimnaza yazma və zəng vurma. Mən də dedim Çimnazla mənim işim var, ver danışım, ya da sən yerini de, görüşək söhbətimizi edək. Bu zaman "adboy" verib, mənim nömrəmi qara siyahıya salıb. Mən başqa nömrə ilə zəng vurmuşam, Çimnaz deyib sevgilimdir, mənə zəng vurma, sən bilmirsən o kimdir, səni tutar, polis zabitidir. Mən də buna demişəm ki, mənim heç kimdən qorxacağım yoxdur. Bir neçə gündür zəng vururam. Hansı nömrədən zəng vururumsa, nömrəmi blok edir və bu gün də Bakı şəhər Baş Polis İdarəsindən zəng olub, 2 polis mayoru və eyni zamanda 10 dəqiqənin içində polis polkovniki zəng vurub ki, Çimnaz xanım səndən şikayət edib, gəl Bakı şəhər Polis İdarəsinə, gəlmədiyin halda səni məcbur gətizdirəyəcəm. Dedim vaxtım olsa gələcəyəm. Dedi yox, bu gün, ya da sabah gəlməlisən. Çimnazın sevgilisidir, görünür, çox böyük adamdır. Allah adamı belə şər-xətadan, el arasında bir söz var - iş verəndən saxlasın. Mən də belə getdim".
(Qeyd: silinən paylaşımı "Instagram"da "@show_news_officiall" səhifəsi dərc edib)

BAKU.WS saytı olaraq, məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrəndik.

Çimnaz Sultanovanın açıqlamasını olduğu kimi təqdim edirik:


"Bu, böhtan və təxribatdır. O insan özünü reklam etmək istəyir, çünki o, qalmaqallı efirlərindən sonra toylara və tədbirlərə dəvət almır. Dünən axşam o bir çox hörmətli artistlərin, müğənnilərin, tanınmış ictimai adamların qarşısında məndən bu böhtana görə üzr istədi və paylaşımını sildi. O, mənə atdığı böhtan və təhqirlərə görə məhkəmə qarşısında cavab verəcək. Mənimlə onun çirkin oyunları keçməyəcək, çünki hamı onu da, məni də yaxşı tanıyır. İş artıq hüquq mühafizə orqanlarında araşdırılır. İşə şərəf və ləyaqəti təhqir və alçaltma maddəsi ilə baxılacaq.

Namiq dünən dəfələrlə üzr istəyib deyirdi ki, hər şeyi içkili vəziyyətdə yazıb. Namiq bir çox insanın gözləri qarşısında psixiatrik xəstəxanadan arayışının olmasını etiraf edib, həmçinin mənə səsli ismarıcla deyib ki, psixi çatışmazlığı var. O belə zənn edir ki, onun psixiatrik xəstəxanadan olan arayışı və içkili olması onun bu qeyri-adekvat davranışına bəraət qazandıracaq.

Buradan belə bir sual yaranır. "Dəlilik kağızı" olan insan telekanallara, toylara necə dəvət alır və dərs dediyi təhsil müəssisələrinə necə buraxılır ? Məgər psixi xəstəlik diaqnozu təsdiqlənmiş bir insan cəmiyyət arasında olaraq, insanları riskə ata bilər ? Belə insanları cəmiyyətdən təcrid etmək və ruhi xəstəxanada məcburi müalicə təyin etmək lazımdır, toylara, efirlərə buraxmaq yox.

Hamı məni tanıyır və xasiyyətimə bələddirlər. Mən xeyirxah və həssas insanam, amma istəyirəm ki, hamı indidən bilsin ki, kim mənə "müharibə" elan etsə, cavabını alıb məğlub olacaq. Mən sülhsevən insanam, amma bu o demək deyil ki, susub cavab verməyəcəyəm".

Çimnaz Sutanovanın saytımıza verdiyi açıqlamadan sonra aşıq Namiq Fərhadoğlu ilə əlaqə saxladıq. Aşıq bunları dedi:

"Hamısı boş-boş şeylərdi. Dəli adamı efirə buraxırlar? Mən dəliqanlı ola bilərəm. Kişi dəliqanlı, dəlidolu olar da. Dəlixanada yatmışam, yox bir. O, mənim sayəmdə gündəmə gəlmək istəyir". 

Hüseyn Məmmədsalahov
BAKU.WS