VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin məşhur pop ifaçısı Murad Boz 21 dekabrda Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edəcək.


BAKU.WS xəbər verir ki, təşkilatçılar tərəfindən keçiriləcək müsabiqəyə əsasən, biletlərin satışa çıxdığı ilk gündən noyabrın 1-nə qədər konsertə bilet alanlar, biletlərini sosial şəbəkə hesablarında #muratbozlagörüş həştəqi ilə paylaşmalıdırlar. Onlar arasında keçiriləcək müsabiqə nəticəsində 20 şanslı konsert izləyicisi Murat Bozla kulisdə görüşmək şansı əldə edəcək.

Xatırladaq ki, Murat Boz sonuncu dəfə 5 il öncə Bakıda konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, biletləri İticket.az və şəhərin kassalarından əldə edə bilərsiniz.

Hüseyn Məmmədsalahov
BAKU.WS