SİZİN REKLAM BURADA!
055 213 76 73



Yenidən xəstəxanaya yerləşdirilən əməkdar artist Tünzalə Əliyeva sevənlərinə müraciət edib.

BAKU.WS
xəbər verir ki, yaratdığı “Toppuş bacı” obrazı ilə qəbul edilib sevilən aktrisa xəstəxana fotosunu paylaşaraq hər kəsdən onun üçün dua etmələrini istəyib:

“Verdiyin və vermədiyin hər şeyə görə sənə həmd olsun, Rəbbim. Dualarınıza ehtiyacım var”.

Aktrisanın bu paylaşımına qısa müddətdə yüzlərlə şərh gəlib. İzləyicilər sevimli aktrisanın tezliklə şəfa tapması üçün dualar ediblər və xoş sözlər yazıblar.

Xatırladaq ki, bir müddət əvvəl səhhətində problem yaranan və xərçəng xəstəliyi diaqnozu qoyulan Tünzalə Əliyeva cərrahi müdaxilə ilə bədxassəli şişdən qurtulmuşdu. Əməliyyatdan sonra yenidən analiz verən aktrisanın ayağındakı limfa vəzilərinin birində bədxassəli şiş aşkarlanıb.

Zülfiyyə Qurbanova
BAKU.WS