VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Estrada müğənnisi Emma Ələkbərzadə saxtakarlıqla qarşılaşıb.

BAKU.WS xəbər verir ki, ifaçının kök və arıq fotoları birləşdirərək, arıqlama dərmanının reklamında istifadə ediblər. Həm də, özündən xəbərsiz.

Bu söhbətlərdən bezdiyi deyən Emma xanım, bir daha dərmansız və əməliyyatsız arıqladığını diqqətə çatdırıb: 

"Saytlardan biri mənim şəkillərimi paylaşıb ki, bəs, Emma xanım dərmanla arıqlayıb. Sözün düzü, bu söhbətlərdən çox bezmişəm. Artıq 10 ildir ki, mən bu çəkidə, bu formadayam. Pəhriz saxlayarkən çox əziyyətlər çəkmişəm. Azərbaycanda dərmansız, əməliyyatsız arıqlayan yeganə müğənniyəm və uzun illərdir bu çəkimi saxlayıram. Heç kim sübut edə bilməz ki, Emma Ələkbərzadə hansısa kənar müdaxila ilə arıqlayıb"!

Sözügedən sayt səhvlərinə haqq qazandırmaq üçün ifaçıya bildirib ki, onu hansısa Emma adında modellə səhv salıblar: "Həmin sayta axşam yazıb iradımı bildirdim, xəbəri sildilər. Yazan jurnalist məndən soruşur ki, məgər siz dərmansız arıqlamısız? Sən demə, Bakıda hansısa model var, adı da Emma. Guya məni onunla səhv salıblar. Bir mənim 152 sm boyuma baxın da. Xahiş edirəm, aydınlaşdırın görüm, Emma adında model var? Əgər varsa, onun fotolarını mənə göndərin".

Hörmətli saytlar və jurnalistlər, nəyisə pullu reklam edəndə, əvvəlcə araşdırın, sonra reklam edin. Bəs bilik, savad nə üçün lazımdır? Mən dərinə getrsəm, yaxşı olmayacaq. Jurnalisti qoydum kənara, amma dərman şirkətilə çox ciddi söhbətim olacaq. Bezdirmisiz!

Zülfiyyə Qurbanova
BAKU.WS