VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Mən kimsəyə borclu olmağı sevmirəm. Heç sevmirəm. Sənə borcum var, qisas borcum. Ölən anamın qisası, oğul toyu görməyən bacımın qisası, muradına çatmayıb ömrü yarıda qalan gənclərin qisası, körpə balalarını doya-doya sevə bilməyən gəlinlərin qisası, cavan övladlarını torpağa vermiş anaların qisası, ana sevgisini dadmamış anadan yetim qalan körpələrin qisası, bu dünyanın ağı ilə qarasını seçməyə imkan tapmayan balaların qisası. Mən sənə canımı yox, bu qisas borcumu verəcəm".

 Bu sözlər xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı, hüquqşünas Zülfiyyə Bayramovaya məxsusdur.

BAKU.WS xəbər verir ki, Zülfiyyə xanım əsrin bəlası olan xərçəngə savaş elan edib. O, xəstəliyi məhv edəcəyinə söz verib:

"Allahımın köməyi ilə sən mənimlə nə oyun oynasan da, ürəyimdən Allah sevgisini, dilimdən şükürü ala bilməyəcəksən. Sən şeytana qulluq edib canlar alacaqsan, mən Allahıma güvənib səndən qisasımı alacam. Buna az qalıb, o qisasdan sonra isə hamını sənə qarşı qaldıracam. Beləcə hər kəs səndən öz qisasını alacaq və sən yox olub gedəcəksən. Bir zökəm qədər dəyərin qalmayacaq!"

Zülfiyyə Bayramova bu səhər həyat yoldaşı İlqar Mikayıloğlu ilə birlikdə Türkiyəyə yola düşüb. O, hər kurs müalicədən sonra xəstəliyin inkişaf və ya geriləmə olduğunu öyrənmək məqsədilə Bakıda və Türkiyədə müayinə olunur.  

Xatırladaq ki, ATV-nin "Qanunla biz" verilişinin aparıcısı Zülfiyyə Bayramova bu ilin əvvəlində xərçəng xəstəliyinə düçar olduğunu öyrənib. Aparıcı may ayında cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb. Azərbaycanda baş tutan əməliyyat uğurlu keçib. Əməliyyatdan sonra aparıcı Türkiyədə təkrar müayinələrdən keçib və müalicəsini Bakıda davam etdirir.

Zülfiyyə Qurbanova
BAKU.WS