Bir vaxtlar Mina Sovetski kimi tanınan müğənni Mina Hüseyn yeni seriala çəkilir. 

BAKU.WS xəbər verir ki, Mina Hüseyn ATV-də yayımlanan "Bacanaqlar" serialının yeni mövsümündə baş rollardan birini oynayacaq. 

Saytımıza özəl açıqlama verən müğənni bunları qeyd edib:

"Əslində, "Bacanaqlar"da bir dəfə qonşu obrazını oynamışam. Bu dəfə isə baş rollardan birini ifa edəcəyəm. Digər kanallarda ara-sıra efirə çıxıram. Türkiyədə aktyorluq sənəti üzrə təhsil almışam. 18 yaşım olanda bir gənc kimi fərqli bir şey etmək istəmişdim və fərqli obrazda efirlərə çıxırdım. 21 yaşımda stilimi tamam dəyişdim. İndi xanım-xatın qız olmuşam". 

Qeyd edək ki, Mina Sovetski bir vaxtlar "İstəyirəm..." mahnısı ilə məşhurlaşmışdı. 

Hüseyn Məmmədsalahov

BAKU.WS







TƏCİLİ KREDİT SİFARİŞLƏRİ