VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyədə yaşayan azərbaycanlı aktrisa Cəmilə Tağızadə yay tətili ilə əlaqədar artıq bir müddətdir Azərbaycandadır. 

BAKU.WS xəbər verir ki, Qusar rayonunun Şirvanlı kəndinə yollanan aktrisanın başına iş gəlib. 

Saytımıza özəl açıqlama verən C. Tağızadə bunları deyib:

"Nə mən kəndi, nə də kənd həyatı məni sevdi. Özümü çox pis hiss edirəm. Bir az külək əsən kimi, yağış yağan kimi işıq və su olmur. Su əvvəl az da olsa gəlirdi, amma işıq olmayanda heç gəlmir. 2 gün işıqsız qaldım burada. Qusar rayon İcra Hakimiyyətinə müraciət edirəm, onlardan kömək gözləyirəm. Çox istəyirəm ki, su və işıq problemi həllini tapsın. 10 gündür buradayam, çox əziyyət çəkirəm, kömək edin. Burada yaşayanlar isə illərdir bu problemlə üz-üzə qalıblar". 

Qeyd edək ki, aktrisa Türkiyə vətəndaşı Murad Temizlə ailəlidir. 

Hüseyn Məmmədsalahov
BAKU.WS