SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Nazim Pişyari "Xəzər TV"də aparıcı Tarix Əliyevin təqdimatında yayımlanan "Hər şey daxil" verilişinin qonağı olub.

BAKU.WS xəbər verir ki, verilişdə "Faytonçu" ləqəbli müğənni illər öncə başına gələn gülməli hadisəni danışıb.

Nazim Pişyari bunları qeyd edib:

"Oxumağa yeni başladığım dövrdə bəstəkar Rühəngiz Qasımovanın "Bir baxmısan, bir də bax" mahnısını səsyazma studiyasında lentə alırdım. Studiyaya gəlməmişdən qabaq isə evdə qəşəng boranı plov yemişdim. Nə qədər oxudumsa, alınamdı. Oxumaq qalıb plovun altında. Səs rejissoru axırda dedi ki, aşı həzmə ver, sonra gəlib oxuyarsan".

Sözügedən hissəni verilişin 28:30-29:30 dəqiqələrində izləyə bilərsiniz.

BAKU.WS