VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Mərhum reper Anar Nağılbaz ölümündən öncə yeni bir film çəkməyə hazırlaşırdı. O, saytımıza müsahibə verərkən filmi üçün səsləndirdiyi monoloqu lenta almağımızı xahiş etmişdi.

BAKU.WS
xəbər verir ki, ölümündən iki ay əvvəl “yenicag.az”a müsahibə verən reper həmin müsahibədən sonra Cəlil Məmmədquluzadənin "Ölülər” əsərindən Kefli İsgəndərin monoloqunu səsləndirib və bu görüntünü lentə almağımızı xahiş edib.

Dediyinə görə, bu monoloqu yaxın günlərdə ekranlaşdıracağı filmə daxil edəcəkdi. O, həmin filmin intihar mövzusunda çəkiləcəyini demişdi.

Reperin heç yerdə yayımlanmayan görüntüsünü təqdim edirik.

BAKU.WS