SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Röya Ayxan oğlu Hüseynlə xaricdə istirahət edir.

BAKU.WS 
xəbər verir ki, ifaçı "İnstagram"da övladı ilə bərabər keçirdiyi günlərdən yazıb:

"Bu neçə gündə bir çox şeyləri öyrəndik. Məsələn, ananın otağına qapını döyüb girmək. Çünki bu çox vacibdir. Kişi qadının otağına qapını tuk-tuk edib, girməlidir. Nəhayət bunu anlaması məni sevindirdi. Yoxsa, hər səhər qaçıb üstümə tullananda dik atılırdım.

Şəkər tozunu bal ilə əvəz etməyi öyrəndik. Qaldı pomidor-yumurta yeməsi. İnşallah onu da öyrənər.️ Allah bütün qadınlara ana olmaq və onu hansı çətinliklərin gözləməsinə baxmayaraq dişi ilə, dırnağı ilə böyütməyi qismət etsin və ümumiyyətlə bizim ölkədə uşaq evi olmasın!"

Zülfiyyə Qurbanova
BAKU.WS