VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İki ay əvvəl ağır qəza keçirərək çanağını və qabırğasını sındıran müğənni Türkan Vəlizadə şikəst qalma ehtimalının olmadığını deyib.

BAKU.WS
xəbər verir ki, ifaçı Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində bununla bağlı açıqlama verib:

"Çoxu mənim şikəst qalacağıımı düşünürdü. Elə doğmalarım da, özüm də çox qorxurduq. Amma tez ayağa qalxdım. İndi deyəcəm, yenə göz dəyəcək. Həkimlərim də dedi ki, Türkan, sən tez ayağa qalxdın, tez sağaldın, biz belə gözləmirdik. Mənim şikəst qalacağımı deyənlərə efir vasitəsilə səslənirəm, mən şikəst qalmayacam. Yeriyirəm, inşaallah yeriyəcəm də".

Zülfiyyə Qurbanova
BAKU.WS