SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Dövlət "Yuğ" teatrının aktrisası, aparıcı Zümrüd Qasımova uşaqlıq illərindən danışıb. 

BAKU.WS saytına özəl açıqlama verən aktrisa həmin illəri belə xatırlayıb:

"Uşaqlığım çox yaşı keçib. Uşaqlığım üçün, nənə-baba üçün çox darıxıram. Böyüdüyümü ötən il, nənəm və babam rəhmətə gedəndən sonra hiss etdim. Onlar yaşadıqca, insan hələ də düşünür ki, uşaqdır. Bəzən o illərə çox qayıtmaq istəyirəm, amma başa düşürəm ki, keçdi getdi. Uşaqlıqda arzu edirdim ki, 14 övladım olsun, amma alınmadı. Digər arzularım isə aktrisa olacağam, məşhur olacağam, hər şeyim olacaq idi. Hər şeyim olmasa da, çox şeyim oldu". 

BAKU.WS