SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin məşhur müğənnisi Murat Boz son paylaşımı ilə qadın izləyicilərini həyəcanlandırıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Boz fitnesdən sonra çəkdiyi fotolarını şəxsi "Instagram" hesabında paylaşmağa davam edir.

Onun son paylaşımı da olay yaradıb. Fotoda məşhur müğənni qol əzələlərini önə çıxararaq, qısa vaxt ərzində saysız-hesabsız bəyənmə toplayıb.

Murat Bozun xanım fanatları onun bu fotosunu şəxsi hesablarında paylaşaraq, müğənninin yeni görünüşünü bəyəndiklərini bəlli ediblər.

BAKU.WS