SİZİN REKLAM BURADA!
055 213 76 73



Prodüser, aparıcı Tarix Əliyev yaşadığı ərazidə Mənzil Komunal İstismar Sahəsinin əməkdaşlarının iş görməzliyindən şikayət edib.

BAKU.WS xəbər verir ki, prodüserin paylaşdığı videodan açıq-aydın görünür ki, Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən parka aid zibil yeşiyi aşıb-daşır. Amma aidiyyatı qurumun kşçiləri ərazi üzrə zibilləri təmizləmir.

Prodüser həmin zibil yeşiklərini videoya çəkərək, şəxsi "Instagram" hesabında paylaşıb və bu sözləri yazıb:

"Bir şeyi anlamıram ki, bu zibil atan idarə hara baxır? Bizim bina düz Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir. Gəlib buradan zibili həftədə bir dəfə atırlar. Bir günün içində zibil qutusu bu qədər dolmaz. Bunlar hara baxırlar? Sonra insanlar axşam gəlib oturub istirahət edirlər. Bütün zibilin iyi gəlib dolur parka. Bunlar niyə bunu hər gün gəlib atmırlar? 

BAKU.WS