SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir müddət əvvəl "ARB" kanalında gərgin müzakirədən sonra aralarında xoşagəlməz münaqişə yaşayan idmançı və rəqqasə Simona cəbhəsində xoş xəbər var.

BAKU.WS xəbər verir ki, rəqqasə idmançı ilə aralarında barışıq elan edib:

"Mən yenə də Azərbaycan xanımı olaraq,öz xanımlığımı qoruyub söz-söhbətə son qoyuram. Barışıq əlimi uzadıram. Allah bağışlayandırsa, biz kimik ki?"

Verilişdə qarşı tərəflə telefon bağlantısı yaradılıb və müsbət cavab alınıb. Hər iki tərəf olanları unutmağa qərar verib.

\

Simona efirdə yaşanan qalmaqalın baiskarı olmadığını deyir: "Azacıq əsəbləşsəm də, sonra hər şey yaxşı oldu. Dəfələrlə verilişdə qeyd edirəm ki, mənə heç kim söz atmasın, mən də cavab vermək məcburiyyətində qalmayıb. Çünki el-obada qalmaqallı rəqqasə kimi tanınmaq istəmirəm. Qəti olaraq qalmaqalı sevmirəm! Bu efirdir, efirdə heç kim göründüyü kimi deyil. Məni tanıyanlar bilir, real həyatda çox mehriban, səmimi, sadə və gülərüzəm.  Sadəcə hamı kimi mən də özümü müdafiə etməyi bacaran mərd xanımam. Mənim nə daydayım, nə sponsorum, nə də arxa-dayağım yoxdur! Bu günə kimi hər şeyi özüm təkbaşına etmişəm və bu pilləyə qalxmağıma minlərlə şükr etdiyim, güvəndiyim, inandığım varlıq yalnız rəbbimiz Allahımdır!"

Zülfiyyə Qurbanova
BAKU.WS


"Düz bazar" verlişində baş verən davanın görüntülərini buradan izləyə bilərsiz: