SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağır xəstəlikdən əziyyət çəkən əməkdar artist Həsənağa Sadıqovun vəziyyətinin getdikdə pisləşir.

BAKU.WS
xəbər verir ki, Salyanda yaşayan sənətkarı ziyarət edən "Həyat" fondunun təsisçisi Hacı Nuran görüşdən sonra özünə gələ bilmədiyini deyir: 

"Azərbaycan Respublikasının əməkdar artisti və əməkdar mədəniyyət işçisi, gözəl insan Həsənağa Sadıqovun yanında idim.Vəziyyəti pisləşməyə doğru gedir. Özümə gələ bilmirəm..."

Hacı Nuran Həsənağa Sadıqovun əvəzsiz musiqiçli olduğunu diqqətə çatdırıb: "Dünyada elə insanlar var ki onların istedadı məhdud olur. Hər tərəfli istedadlar tək-tək dünyaya gəlir. Musiqi alətlərinin mahir ifaçısı kimi tanınan, Azərbaycan Respublikasının əməkdar artisti və əməkdar mədəniyyət işçisi, gözəl insan Həsənağa Sadıqov o təklərdəndir ki, tək bir alətlə kifayətlənmədi və istedadla zəhməti birləşdirib əsl musiqi bəxş elədi. Belə sənətkarlar Avropada olsaydı indi onlara qeyri-adi istedad sahibi kimi dünyaya tanıdardılar. Axı həm nəfəs, həm simli, həm zərb alətlərində eyni səviyyədə ifa etmək bacarığı olan belə sənətkarlar çox azdır. Bəlkə də hələ yoxdur. Sağlığında dəyər verək onlara və hamımız deyək ki, Həsənağa müəllim, siz əbəs yerə yaradıb, yaşamamısız. Sizin ifanızı bu günə kimi hər kəs sevib və bundan sonra sevəcək. Siz ən ali sevgiyə layiq bir musiqiçisiz. Siz Azərbaycan xalqına çox lazımsız. Sizə çox böyük ehtiyacımız, çox yaşayın. Allah şəfa versin"! 

Zülfiyyə Qurbanova
BAKU.WS


\