VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti Flora Kərimovanın yeni açıqlamaları Röya ilə münasibətlərində gərginlik yaradıb.

BAKU.WS xəbər verir ki, xalq artisti Röya ilə bağlı sualı cavablandırarkən aralarındakı fərqi işarə ilə göstərib.

Əli ilə göstərərək özünün yuxarıda, Röyanın isə ondan çox aşağı səviyyədə olduğuna işarə edərək belə deyib: "Mənimlə Röya arasında münaqişə necə ola bilər axı? Mənim ona bir qadın kimi tövsiyələrim olub. Özünü belə aparmasın. O, populyarlığın düzgün yolunu seçməyib".

Flora xanım Röyanın kiçik səs diapozonunu bəyəndiyini bildirib: "Röyanın səsi mənim və qızımın xoşuma gəlir. Səs diapozonu kiçikdir. Həmişə demişəm ki, əgər üzərində işləsə və məşq etsə, bir müddət idarə edəcək".

\

Xalq artistinin bu açıqlamaları Röyanı təngə gətirib və sosial şəbəkə vasitəsilə Flora xanımın qızı Zümrüdə mesaj göndərib: “Zümrüd, xahiş edirəm bu sənətkara diqqət ayırın. Ayıbdır artıq. Hüseynə de ki, sağım-solum bəlli deyil. Səbrimi doldurdu”.

Zülfiyyə Qurbanova
BAKU.WS