SİZİN REKLAM BURADA!
055 213 76 73



"Həyat" Fondu ağır xəstəliyə düçar olmuş əməkdar artist Həsənağa Sadıqova yardım edəcək.

BAKU.WSxəbər verir ki, fondun təsisçisi Hacı Nuran bu barədə özü sosial şəbəkədə məlumat verib:

“Həyat fondu olaraq qərara gəldik ki, ağır onkoloji xəstəlikdən əziyyət çəkən musiqi alətlərinin mahir ifaçısı kimi tanınan Azərbaycan Respublikasının əməkdar artisti və əməkdar mədəniyyət işçisi, gözəl insan Həsənağa Sadıqova lazım olan yardımı edək. Siz xalqımıza lazımsınız. Sizə çox böyük ehtiyacımız var. Çox yaşayın. Allah şəfanızı versin”.

Fitri istedadı ilə hələ gənc yaşlarından məşhurlaşan virtuoz ifaçı ömrünün 67 yaşındadır. Onkoloji xəstəlikyə düçar olan sənətkar ağrıdan hər gecə komaya düşür. Ən qısa müddətdə müalicə olunmazsa, ömrünün növbəti baharını yaşamayacaq.

Həsənağa Sadıqovun oğlu Elşən Sadıqov atasının vəziyyətinin ağır olduğunu bildirdikdən sonra, sənətkarın müalicəsilə bağlı dostu gitara ifaçısı Rəhman Məmmədov birinci xanım Mehriban Əliyevaya müraciət etmişdir.

Zülfiyyə Qurbanova
BAKU.WS