SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin məşhur sənətçisi Hadisənin anası Gülnihal Açıkgöz intihara cəhd edib.

BAKU.WS
xəbər verir ki, iddia edilir ki, iddialara görə, ana həyatına son qoymaq məqsədilə yuxu dərmanı içib.

Gülnihal Açıkgöz intihara cəhd etmədən öncə qızlarına məktub yazıb: “Mənimlə maraqlanmırsız. Xəstə olduğumu deyirəm, həkimə aparmırsız".

Açıkgözün qızlarına, "Aranızdakı pul məsələlərindən və davalarınızdan bezdim" deyərək üsyan etdiyi də deyilir.

Qızlar analarından xəbər almayınca binanın gözətçisi ilə əlaqə saxlayıblar. Polisin müşayiətilə qapısı açılan Gülnihal Açıkgöz huşsuz halda tapılıb. Xəstəxanaya qaldırılan ana bir həftə müalicə aldıqdan sonra evə buraxılıb.

Anası xəstəxanalıq olan müğənninin böyük üzüntü içində olduğu bildirilir.

Zülfiyyə Qurbanova
BAKU.WS