SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni klipindəki açıq-saçıq obrazı ilə tənqidlərə məruz qalan müğənni Sevinc Ağaşirinova indi də gecə həyatı ilə gündəmə gəlib.

BAKU.WS
xəbər verir ki, səs-küyə səbəb olan "Yak" adlı yeni klipi ilə mətbuatın diqqətini çəkən ifaçının şəxsi həyatı da marağa səbəb olub. 

Sevinc rəfiqəsilə bərabər gecə əyləncəsindən videonu öz səhifəsində paylaşıb.



Xatırladaq ki, Türkiyənin "Netd Müzik" şirkəti tərəfindən ekranlaşdırılan "Yak" adlı klipdə ifaçının və rəqqasə qızların geyimləri yetərincə cəsarətlidir. Məhz bu səbəbdən klip tənqidlərə məruz qalıb. İzləyicilər klipdə qadınların seks obyekti kimi təqdim olunduğunu irad  tutublar. Hətta ifaçıını və rəqqasələri Adnan Oktarın kedicikləri ilə müqayisə edənlər də olub. "İyrənc, siz belələrinə baxırsız? Aleyna Tilki və Adnan Oktarın kedicikləri kimiləri... belə videolardan həmən qaçın, baxmayın... Ruhlarınızı qırmaq üçün belə videolar çəkərlər. Buralarda uşaqlar da var, düşünürəm ki, onları bir mesaj göndərirlər. Qızlar bunlar kimi geyinməyə baslayarlar Ayıb və günahdır".