VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aparıcı Afaq Gəncəli "ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasının qonağı olub. 

BAKU.WS xəbər verir ki, məşhurları musiqi zövqünə uyğun sıralayan aparıcı onlar haqqında fikirlər söyləyib. Süjetdə diqqət çəkən məqam isə Afaq Gəncəlinin əməkdar artist Röya Ayxan haqqında söylədikləri olub. Aparıcı verilişində müğənniyə heç bir qadağa qoyulmadığını qeyd edib:

"Biz - Afaqla Röya dostuq. İlk dəfədir ki, neçə aydan sonra biz Röyanın adını bu verilişdə səsləndiririk. Mən toylarda, tədbirlərdə Röyanı görürəm, görüşürük, öpüşürük, danışırıq, səhnədə təqdim edirəm, məcburən yox. O ki qaldı verilişə, o, qadağa olunmayıb. Hörmətli jurnalistlər, hörmətli arada olan insanlar, hər kəsə hörmətlə yanaşırıq. Aylardır ki, bu söhbətlər gedir. Müğənni İradə İbrahimovanın onun haqqında "Hit parad"da söylədiklərindən sonra Röya mənə telefon açdı. Çox nəzakətlə, çox isti münasibətlə "Whatsapp"da mənə səs göndərdi, o səs hələ də məndə var. Dedi ki, xahiş edirəm, bu gündən etibarən mən özümü maqazində görmək istəmirəm, məni verməyin, nə yaxşımı, nə pisimi, nə uğurumu, nə uğursluğumu, heç nə olmasın. Afaq cavab verdi ki, baş üstə". 

Sözügedən kadrları süjetin 22:30 dəqiqəsindən izləyə bilərsiniz. 

BAKU.WS