SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda orta yaşlı kişinin yeni tikililərin birinin liftində azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməsi ictimaiyyətin qəzəbinə səbəb olub.

BAKU.WSxəbər verir ki, Xəzər TV-nin aparıcısı Fira Cəlilova iyrənc hadisənin təkrarlanmaması üçün "İnstagram" səhifəsində çağırış edib:

"Hadisə Bakı şəhərində baş verib. Bu əclaf 11 yaşlı qıza liftdə seksual xarakterli hərəkətlər edib. Hazırda hüquq mühafizə orqanları onun kimliyini müəyyənləşdirməyə çalışır. Liftdə yeniyetmə övladlarınızın tək daxil olmasına icazə verməyin. Ehtiyyatlı olun!"

Belə ki, 11 yaşlı qız evə gələrək qorxa-qorxa pedofilin liftdə ona toxunduğunu, öpdüyünü nənəsinə və anasına danışıb. Binanın komendantından görüntülər əldə olunub. Qızın anası uşağının psixologiyasına mənfi təsir göstərəcəyini nəzərə alaraq videonun ictimailəşdirmək istəmir. Pedofilin tapılması üçün yalnız onun görüntüləri mediada yayılıb.

Zülfiyyə Qurbanova
BAKU.WS