SİZİN REKLAM BURADA!
055 213 76 73



Populyar müğənni Damla vaxtilə qalmaqal yaşadığı Avropa prodüseri Sultana təşəkkür edib.

BAKU.WS
xəbər verir ki, Sultan Mustafayev bu barədə Kamran Həsənlinin aparıcısı olduğu "Onda başladıq" verilişində danışıb.

O, Damlanı gündəmə gətirdiyini və onunla qalmaqal etdiyi üçün ifaçıdan təşəkkür aldığını bildirib:

"Qalmaqalı olmayan sənət nümayəndəsini toya çağırmırlar. Bəli, bu gün qalmaqalla gündəmdə qalmaq şərtdir. Məsələn, Damla. Şəxsən mənim onunla böyük bir qalmaqalım oldu. Əslində bizim şəxsi problemlərimiz vardı. Bu olmasaydı, Damla gündəmdə olmayacaqdı. Mənimlə qalmaqala qədər Damlanın bu qədər "kalendarnı" toyu olmurdu. Biz barışandan sonra özü də zəng vurub mənə təşəkkür etdi və dedi ki, Allah səndən razı olsun, məni gündəmə gətirdin".

Zülfiyyə Qurbanova
BAKU.WS