VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənnilər Sevil və Sevinc Səfərova bacıları prodüser Toliki qəzəbləndirib.

BAKU.WS
xəbər verir ki, əkiz bacıların "ATV Maqazin Onlarla" verilişində müğənni Elton Hüseynəliyev barədə səsləndirdiyi "Bu gün Elton musiqi baxımından komandasız müğənnidir. Tolik onu toy bazarında önə aparan insandır. Kliplər, mahnılar və konsertlər Eltonun üzərinə düşən işdir. Bu işləri də o görmür", fikirləri prodüseri özündən çıxarıb. 

Tarix Əliyev verilişdə eşitdiklərindən sonra sosial şəbəkədən bacılara videomesaj göndərərək hədələyib: "Buradan deyirəm və bir daha təkrar etməyəcəm. Bir də eşitsəm mənim, mənim müğənnim və verilişim haqqında bir kəlmə söz demisiz, giloslar-miloslar bilmərəm, sizi eldə rüsvay edərəm. Məni cin atına mindirməyin! Bir dəfə deyirəm, sonra danışmayacam. Mənim dava edib sizi reklam etməyə halım yoxdur, gedin mahnılarınızı oxuyun, camaat sizi toya çağıra bilirsə, çağırsın. Buradan deyirəm, Namiq Qaraçuxurlu sizinlə duet oxusa, deməli ağlı yoxdur"!


Əkizlərdən əsəbiləşən prodüser söhbətə estradamızın ulduzları Röya Ayxan ilə Aygün Kazımovanı da qatıb: "Deyirəm ki, ay Röya, sən nə ağıllı qadınsan. Deyirsən, məndən danışmayın, çəkməyin, amma bu Aygün fanatları daha Aygünə yaltaqlanmaqdan bezmədilər! Mən buradan açıq deyirəm, Sevil-Sevinc, siz deyildiz Moskvada Aygün Kazımovaya salam verməyən? O da sizi hamının yanında pərt etdi. Mənə dedi ki, Tolik, bu uşaqlara de, ağıllı olsunlar, məni səhv salmasınlar! Sonra da təyyarəyə minəndə onu öpdüz. Mənə dedilər ki, siz o verilişdə başqa müğənnini nəzərdə tutmusuz. Yenə də deyirəm, əgər ürəyinizdən, ağlınızdan Röya keçibsə, sizə bir məsləhət verim; siz 20 il də oxusanız Röyanın heç yanında dura biləcək müğənni olmayacaqsız! Sizin uşaq-muşaq fanatlarınız heç kimin fikrini dəyişə bilməz, necə ki, Aygünün fanatları televiziyada-radioda işləyib tərifləməklə deyil. Aygünü sevən sevib. Röyanı da sevən sevib. Onlar haqqında rəy bildirmək sizə düşüb? Bəlkə də siz öz fikrinizdə özünüzü Aygündən də qabaqda bilirsizsiniz. Ürəklisiz. Adını çəkərdiz. Yoxsa Röya bizə qadağa qoyub, onu çəkib danışmağa? Bir də ki, Röya qədər xalqın sevgisini qazanıb, onun qədər iş görənlər kənarda qalıb, siz "10-luqda" müğənnilər haqqında fikir bildirən olmusuz? Hansı konsert zallarından, hansı böyük lahiyələrdən söz gedir?"

Sevil və Sevinc bacılarının Toliki qəzəbləndirən açıqlamaları:

Zülfiyyə Qurbanova
BAKU.WS