SİZİN REKLAM BURADA!
055 213 76 73



Düşmən münasibətində olan keşmiş rəfiqələr rəqqasə Fatimə və müğənni Xatun arasında qalmaqal böyüyür.

BAKU.WS xəbər verir ki, F.Fətəliyeva "Hər şey daxil" verilişində Xatunun onun barəsində yaydığı şayiələrə toxunub və ona xəbərdarlıq edib:

"Məni tanıyanlar bilir ki, mənim namusum, mənim qeyrətim təmizdir. Mən əziyyətlə, cırmaq-cırmaq iki övlad böyütmüşəm. Kimsə gəlsin mənim haqqımda "bağda xəyanət" ... Bax bu nə deməkdir? Qaldı mənim dodaqlarıma, lap belə əcəb etmişəm. Sənə nə?"

Qeyd edək ki, Xatun İnstaqram-da Fatimənin ünvanına "Bu fotonu gördüm bir müğənnimi, rəqqasəmi, düşükmü, afiristmi, ev yıxanmı deyim, o düşdü yadıma. Bu fotonun eynisi var məndə... Çıxıb efirə utanmaz-utanmaz yalan danışır, ağıl verir, akademiklik edir. Deyir, mənim dodaqlarım anadangəlmədir, silikonum yoxdur. Son xəbərdarlıq: Sən bir də orda-burda məndən danışasan, mənə şərlər atasan, müğənnilərə məndən yalan-yalan sözlər deyəsən, aramı vurasan, səni rüsvay etməsəm, mənə Xatun deməsinlər. İki dəfə xəbərdarlıq etmişəm yanındakılara. Bu da üçüncü. Get yalan, bədbəxt həyatını yaşa. Əl çək məndən. Yalan deyən rəqqasədir... Xəyanət, yalançı, dilin yanacaq. Sağ göstərib, sol vuraram" sözlərini yazıb.

Zülfiyyə Qurbanova
BAKU.WS