SİZİN REKLAM BURADA!
055 213 76 73



"Damla ifaçı deyil. O oxuyanda sanki tualetdə əziyyət çəkir" deyən prodüser Sultan Mustafayev gözlənilməz addım atıb.

BAKU.WS
xəbər verir ki, o, müğənninin dünən Yaşıl Teatrda baş tutan konsertinə gedib.

Qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gələn Avropa prodüseri konsertdə iştirak etməklə kifayətlənməyib.

Sultan səhnəyə qalxaraq Damlaya gül dəstəsi verib və əlindən öpüb.


Onun bu hərəkəti birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə ünvanına yazılan tənqid və qınaqlara cavab vermək məcburiyyətində qalan prodüser belə deyib:

"Bəli, mən Damlanın konsertində iştirak etdim. Dəyərli dostum, çox hörmət bəslədiyim insan Şamil bəy mənə dəvətnamə göndərmişdi. Mən Avropa Produseri olaraq öz dostumun dəvətini yerə salmayıb Damlanın konsertinə getdim. Mənim Damla ilə olan söz-söhbətlərim artıq keçmişdə qaldı və biz gələcəyə mehribancasına irəliəyirik. Həyat davam edir, hər ikimizə uğurlar arzu edirəm".

Zulfiyyə Qurbanova
BAKU.WS