SİZİN REKLAM BURADA!
055 213 76 73



"Yaşıdlarım arasında birinci yerdəyəm". Gənc müğənni Aysun İsmayılova belə deyib.

BAKU.WS xəbər verir ki, ötən həftə "Gözü kor olsun" adlı klipininə təqdimat mərasimi keçirənn Aysun "Xəzər Maqazin"ə açıqlamasında sinəsinə döyərək özünü nəhənglərlə bir sırada tutub:

"Günay İbrahimli demişdi ki, Röya xanımdan və Aygün xanımdan sonra mən gəlmişəm. İndi isə mən belə deyirəm. Röyadan və Aygündən sonra özüməm!"

Aysun bu səs-küylü açıqlamasından sonra "İnstagram"da belə bir paylaşım edib: "Hərdən belə zarafatlar etmək lazımdır. Yozmayın. Allah hər kəsin yolunu açıq etsin. Hər kəsin ruzisini versin. Zirvədə olmaq istəyirsənsə, özünü elə yüksəklərdə görməlisən ki, istədiyin zirvəyə nail olasan".

Zülfiyyə Qurbanova
BAKU.WS