VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Səni axtarıram" proqramının çəkilişlərilə bağlı Qubaya gedən Xoşqədəm Hidayətqızı orada jurnalistikadan fərqli məharətini göstərib.  

BAKU.WS 
xəbər verir ki, tanınmış jurnalist yolunun üstündə rastlaşdığı təndirxanada təndir çörəyi bişirib.

Xoşqədəm xanım ilk dəfə çörək bişirdiyini deyib: "Rayonumuzdan uşaq vaxtı çıxmışam. Evdə bacılarım çox olduğundan bu işləri mən görmürdüm. Dedim ki, icazə ver ilk dəfə Qubada çörək bişirim. Bu mənim ilk işimdir".  

Çörəkçi qadın Hidayətqızının əl işini "əla" qiymətləndirib.

Zülfiyyə Qurbanova
BAKU.WS