SİZİN REKLAM BURADA!
055 213 76 73



Almaniyada təşkil olunan "Miss Turkuaz 2017" yarışmasının qalibi Dilan Oktaşın tacı geri alınıb.


BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər xəbər verir ki, bu barədə yarışmanın təşkilat komitəsinin rəhbəri Yıldıray Cengiz
açıqlama verib:

"Dilan Oktaşın “Miss Turkuaz Top Model" şərtlərinə əməl etmədiyi səbəbilə "Miss Turkuaz" yarışmasında qazandığı "Top Model" titulu və tacı geri alınmışdır. Üzülərək bəyan edirik ki, 4 oktyabrda "Top Model" seçilən Dilan Oktaş diskalifikasiya olma riski ilə bağlı xəbərdarlıqlarımıza rəğmən, imzalayaraq qəbul etdiyi müqavilənin şərtlərinə əməl etməmişdir. Məsələn, maniken olaraq iştirak etdiyi dəfilələrin heç biri barədə bizi məlumatlandırmamışdır. Bu səbəbdən diskalifikasiya etməkdən başqa seçimimiz qalmadığından "Miss Turkuaz Top Model" komitəsinin qərarıyla titulu və tacı geri alırıq".

Zülfiyyə Qurbanova
BAKU.WS