VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Məşhur prodüser Tarix Əliyev evlənməkdən qorxur.

BAKU.WS
xəbər verir ki, o, bu etirafı aparıcısı olduğu "Hər şey daxil" verilişində edib.

Verilişin qonağı Xatirə İslam bildirib ki, əgər oğlu gələcəkdə müğənni xanımla evlənmək istəyərsə, həmin qızı araşdırmadan buna razılıq verməz:

"Mən nə bilim ki, onun xasiyyəti nə təhər olacaq? Haradan bilim ki, o qız da mənim kimi olacaq, mənə oxşayacaq? Bir az zəmanə dəyişib... Alaram, amma o qızı bilirsən necə yoxlayaram? Mənim xarakterim elədir ki, heç vaxt arzulamamışam mənim qızım olsun. Xoşum gəlmir. Çünki onun böyüdüyü vaxt mənim qocalığıma düşəcək, onunla məşğul ola bilməyəcəm" 

Xatirənin bu sözlərindən təsirlənən Tolik evlənməkdən qorxduğunu etiraf edib: "Bax, elə ona görə də mən ailə qurmağa qorxuram. Bilirsiz niyə qorxuram? O qədər bu şeyləri yaşayırıq ki, gözüm qorxub".

Xatırladaq ki, Tarix Əliyev bir dəfə ailəli olub.

Zülfiyyə Qurbanova
BAKU.WS