SİZİN REKLAM BURADA!
055 213 76 73



“Avtostop” layihəsinin rəhbəri və tanınmış aparıcı DJ. Tural Yusifov telekanalları və orada şou yaradan ekstrasensləri sərt tənqid edib.

BAKU.WS
xəbər verir ki, ATV kanalında yayımlanan “Ondan sonra” verlişində çıxış edən Tural Yusifov özünü ekstrasens adlandıran şəxslərin cəmiyyəti pozduğunu bildirib.

“Biz yavaş-yavaş öz gəncliyimizi itiririk. Bu da səhv təbliğat edən həmkarlarımızın ucbatından baş verir. Sizi insanlara nə göstərirsizsə, insanlar bunu doğru kimi qəbul edirlər. Ali və orta təhsili olmayan, bir işin qulpundan yapışmayan, danışanda bir sözdə 12 dəfə səhv buraxan, mübtəda ilə xəbərin yerini bilməyən bir adam insanların taleyinə necə təsir edə bilər? Hətta peyğəmbər belə öz öldüyünü və ondan sonra nə baş verə biləcəyini belə bilmirdisə, hansısa orta məktəbi bitirə bilməyən bir adam gələcəyi necə bilə bilər”, - deyə T.Yusifov bildirib.

Aparıcı çıxışında son vaxtlar yaratdığı şou ilə gündəmə gəlməyə çalışan ekstrasensləri də sərt tənqid edib.

“Acınacaqlısı budur ki, həmin adamlar telekanallarda hökmranlıq edirlər. Kadrlara baxırsan ki, bir adam telefonu götürüb, kiməsə zəng vurur ki, mən zəng vuracağam, səni efirdən çıxartsınlar. Sanki telekanalın rəhbəri budur. Ekstrasenslər özlərindən və öz iddialarından başqa heç kim tərəfindən sübut edilməyən “qüvvə”yə malik olduğunu deyirlər”.

Cavid Babayev
BAKU.WS